içerik yükleniyor...Yüklenme süresi bağlantı hızınıza bağlıdır!

AZERBAYCANLI ÜNLÜ ŞAİR NECİBE İLKİN

ÇUKUROVA EDEBİYATÇILAR DERNEĞİ, AZERBAYCAN (ÇED) ONURSAL BAŞKANI, GAZETEC-YAZAR ŞAİR

AZERBAYCANLI ÜNLÜ ŞAİR NECİBE İLKİN
Haberi Sesli Dinle
 

Nəcibə İlkin (Babakişiyeva) Bahadur qızı. 1961-ci ilin iyulun 22-də  Azərbaycan Respublikasının Tərtər rayonunun Sarov kəbdində doğulub. Ali təhsilli filoloqdur.   

  "Azad Qələm" qəzetinin və jurnalının, "Ali Ziya" jurnalının baş redaktorudur.  Şair-publisist, jurnalist, yazıçı və ictimai xadim kimi fəaliyyət göstərir. 27 kitabın müəllifidir.  Kitabları şeirlər, povest və hekayələr, romanlar və ədəbi publisisitkadan ibarətdir.  Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin,  Türkiyə Yazarlar Birliyinin və İraq Türkmən Ədəbiyyatı Birliyinin üzvüdür.  Sənəti ilə bağlı 2009-cu ildən Türkiyənin ilk olaraq Nivşehrində, 2011-ci ildən isə başqa şəhərlərində Ankarada, İzmitdə, İzmirdə, Sivasda, Adanada, İstanbulda olub. Adana Çükürova Edebiyyat Dərnəyinin təmsilçisi və  kardinatorudur. Orda dərc olunmuş "Hər şeirdən bir damet" adlı türk dilli ölkələrin qatıldığı antologiyanın redaktorudu. Türkiyədə olduğu illərdə müxtəlif mükafatlarla təltif olunub.

2019-cu ildə Türkiyədə nəşr olunan “Elbistan”dərgisinin redaksiyası tərəfindən Türk dünyası könül elçisi ödülü”-nə layiq görülmüşdür. 2016-cı ildə “Avropa Nəşr Mətbu Evi”-nin QIZIL MEDALI Ilə təltif edilərək, ona “ilin ən yaxşı vətənpərvər şairi” mükafatı təqdim edilmişdir. 2020-ci ildə Mərkəzi Asiyanın “YENİ AVAZ” Yazıçılar və Tarixçilər Birliyinin və “TURAN BİRLİYİ” medalı ilə mükafatlandırılıb. Bundan başqa yüzlərlə başqa təşkilat və QHT lər tərəfindən media  mükafatlarına layiq görülüb.

Tez -tez efirlərdə şair, ekspert qismində iştirak edir

NƏCİBƏ İLKİN

BÜTÖV AZƏRBAYCANAM

Dünya boyda harayam, d-ünya boyda qoram mən,
Xırda-xırda doğranıb, sanmışam ki, varam mən.
İçimdəki ağrıdan parçalanmış hər daşım, 
Gəl məni yaxşı dinlə, mənim əziz qardaşım.
Başı min cür bəlalı, gözü qan yaşlı canam,
Parça-parça olunmuş bütöv Azərbaycanam!

 

Min dəfə qəsd etdilər, min cürə bəsh etdilər,
Gözlərimi gözümdən çıxarıb həbs etdilər.
Ayaqlarım bir yanda, qollarım da bir yanda,
Məndən didərgin oldu, oğlum, qızım hayanda.
Mən Göyçəyəm, Dərbəndəm, o qanlı İrəvanam,
Zəngəzuram, Təbrizəm, bütöv Azərbaycanam!

 

Əl tutan əllərimi biləyimdən qırdılar,
Əyilməyən boynumu neçə min yol vurdular.
Qamarlayıb aldılar, o boyda Çin səddimi,
Fəqət, bunlar əymədi əyilməyən qəddimi.
Yad əllərlə yazılmış tarixəm, “Gülüstanam”,
Şəhid qanlı torpağam, bütöv Azrbaycanam!

Oğuz boylu Qorqudam, fəqət Turan elliyəm,
Əslim, nəslim türk olub, şahənşah türk dilliyəm.
Bayrağımın enməyən qürur, igid rəmziyəm,
Haqq-ədalət yolçusu, haqqın görən gözüyəm.
Millətimçün, xalqımçün, dilə düşən ad-sanam,
Hər yanda səsim, ünüm, bütöv Azərbaycanam.

 

Nizami, Füzuliyəm, Xəqani, Vaqifəm mən,
Şah İsmayıl Xətai, Hüseyin Cavidəm mən.
Hər an dara çəkilən, ərənlər ölkəsiyəm, 
Otuz yeddinin ağlar qalan vətən səsiyəm.
Azadlığı uğrunda ürəyi dolu qanam,
Mən bölünə-bölünə, bütöv Azərbaycanam.

 

Güllələnmiş, odlanmış min əsir Qarabağam,
Laçın, Şuşa, Kəlbəcər, Füzuli adlı dağam.
Neçə dəfə soyqırım, Şamaxı, Bakı, Quba, 
Yaddaşdan silinməyən, qanlı məzarlığım var.
Qan verən Xocalıyam, yaralı Ağdabanam,
Sünkgülərə keçilmiş bütöv Azərbaycanam.

 

Yetmiş il imperiyanın əsarəti altında, 
İnildədi milllətim neçə min dərd qatında.
Nəhayət ki, qazandım müstəqillik adını,
20 yanvar ünvanlı qan yazdı muradımı.
Amma ki, sarsılmadım, qürur adlı cahanam.
Mən Odlar ölkəsiyəm, bütöv Azərbaycanam!!!!

ZƏFƏRİN MÜBARƏK VƏTƏN

Gözün aydın olsun Azərbaycanım,

Mübarək bu əzmin, azad nəfəsin!

Şanlı Ordumuzun rəşadətiylə,

Yayıldı dünyaya qələbə səsin!

 

Oğullar doğuldu, böyüdü ər tək,

Silaha sarılıb, vətən dedilər.

Doğma torpağını azad etməyə,

Hər biri ən əziz vətən idilər.

 

Neçə il işğalda olan Qarabağ,

Bu gün azadlığın nəfəsin duydu.

İgid oğullarım, mərd oğullarım,

Yeni bir tarixin təməlin qoydu.

 

Qarabağ adının azadlığını,

Yazdılar vətənin zəfər adına.

İgidlik rəmzini bir əsgər kimi,

Bəzədi qəhrəman türk soyadına.

 

Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam,

Aldı sinəsinə al bayrağını.

Kəlbəcər, Laçınım, Qubadlı, Şuşam,

Sildi gözümüzdən həsrət dağını.

 

Qələbə qazandı Azərbaycanım,

Bu zəfər tarixin silinməz yaşı.

Sevindi dünyanın hər bir yerində

Vətənin can deyən qərib soydaşı.

 

Gözün aydın olsun Azərbaycanım,

Qaliblər içində qalib olmuşuq.

Vətən səmasında azad göyərçin,

Vətən torpağında səngər qurmuşuq.

 

Biz "Odlar Yurdu"yuq, alovlu, odlu,

Türk oğlu, türk kimi bir cəngavərik..

Parça-parça olub paralansaq da,

Yenə bütövləşib, meydanda nərik.

 

Budur qələbəmiz, bayrağımız tək

Başımız üstündə hey dalğalanır.

Dəmir yumruq olan vətən sevgimiz

Ruhumuz önündə öz haqqın anır.

 

Susdurdu düşməni igid, ərənlər,

Dil açıb hər yerdə qürur, əzmimiz.

Haqqın sədasında ucalsın hər an,

Oxunsun hər yanda vətən himnimiz.

 

Biz Turan elliyik, türk oğlu türkük,

Əl-ələ vermişik vətən göyündə.

Qoy bilsin hər bir kəs qələbəmizlə

Turan yaradırıq vətən deyəndə.

 

Azad yaşayacaq gələcək nəsil,

Bu zəfər hər kəsə doğma ocaqdı.

Qələbə qazanan Azərbaycanım,

Həqiqət yolunda dayanacaqdı!

AZƏRBAYCAN ƏSGƏRİ

Hər adın bir tarixdi, boy atdım qüdrətinlə,

Yaşadıq zaman-zaman, sənin rəşadətinlə,

Sarsılmaz hünərinlə, sönməz dəyanətinlə

Lərzəyə sal dünyanı,  titrət  sən göyü, yeri

Azərbaycan əsgəri!

 

Dağsan, əzəmətin var, çinarsan, mən kölgənəm,

Mərmi-mərmi boy atan arzularında dinəm,

Ayağın dəyən yerə vətən deyib sürünəm,

Öləm sənin yerinə sən salamat dön geri,

Azərbaycan əsgəri!

 

Hər dönüşün and yerim, şəhidlik zirvəsisən,

Doğmasan balam kimi, vətən kimi əzizsən,

Polad kimi poladsan, Fəridsən, Mübarizsən,

Haqqıma  can verənim, kim verər bu dəyəri!

Azərbaycan əsgəri!

 

Vətən adlı Qarabağ, bütöv Azərbaycanım,

Qələbə sorağınla  hər gün açılır danım,

Qəhrəmanlıq simvolum, qeyrətim, haqqım-sanım,

Sən vətən xilaskarım, qalibiyyət zəfəri!

Azərbaycan əsgəri!

 

Neçə ildi can verən torpağına can verdin,

Susuz dodaqlarına su yerinə qan verdin,

Halallıqdan doymayan  ömrümə cahan verdin

Azadlığın müjdəsi,  ver qələbə xəbəri!

Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

EY ŞƏHİDİN ANASI

Sən ey şəhid anası!

Geymə qara libası...

Bu libas həqiqətin qaranlıq səmasıdır,

Bu libas ürəyimin odlanan parçasıdır,

Bu libas həsrətimin son damla göz yaşıdı.

Kipriyimdən asılan  dərdlərimin daşıdı.

Çıxart qaranı geymə,

Başını uca tut, əymə.

Adından boy atıbdı igidliyin qeyrəti,

Adınla yaşanıbdı tarixin həqiqəti.

Ana kimi can verdin  doğma əziz balana,

Qəhrəman olmağı da, şəhid olmağı da sən-

Sən öyrətmisən ona...

Sən şəhid anasısan,

Könüllər sultanısan.

Şəhid anası olmaq bilirsən nə deməkdi?

Üfüqdən zərrə-zərrə Günəş tək böyüməkdi!

Hər mərmilərin səsi  ərşə qalxan duandı,

Ay yaralı Aslanım, qara geymə amandı.

Şəhid dodaqları tək Murovum lalə düzlü,

Azadlıq çiçək-çiçək gülümsər işıq üzlü.

Bayraq rənginə dönüb vətənimin çəməni

Bir əlində zəfəri, bir əlində vətəni.

Oğul gedib irəli....

Gedib qeyrətim kimi, gedib hünərim kimi

Gedib əlində silah nər oğlu nərim kimi.

Hər addımda qanıyla yazıb zəfər adını,

O vətən qarşısında pozmadı öz andını.

 Qürur duy, fəxr elə, 

Sən ey şəhid anası!

Çıxar qara libası,

Al geyin, əlvan bürün,

Tutma oğluna yası.

Sən Tomrisim, Nigarım

Sən azadlıq səsimsən,

Şəhid balanla birgə

Vuran ürəyimizsən.

Bürün bayraq ətrinə,

Azadlığın çətrinə,

Çıxar qara libası

Şəhidimin xətrinə.

Haqqa bayraq qaldıran sən vuran qolumuzsan

İşıqlı gələcəyə açılan yolumuzsan.

Səndən güc olan oğul əlində haqq qılncı

Çəkib düşmən üstünə gülərək acı-acı.

Tarixin özü yazdı torpağına, adına.

Mərmi-mərmi ucaldı o haqqın dərgahına

O şəhid ki, tarixin yaddaş səhifəsidi

O şəhid  parçalanan ömrümüzün səsidi.

Vətən oğul deməksə, oğul da vətəndi bil,

Vətənin dar günündə oğul ona təndi bil,

Qarabağ tarixini yazan şəhid oğulun,

Anası qara geyməz, o analar anası,

Azadlığın sədası!!!

Şəhid ayım, aprelim

Bahar nəfəsli sinən güllələrə tuş gəldi,
Ağu dedi bülbülün, qaranquşun nəğməsi.
Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,
Daraldı hər bir yerdə təbiətin nəfəsi.
Şəhid ayım, aprelim!

Qönçə-qönçə gül açan güllərin güllələndi,
Şəhid ətrin yayıldı, qara geydi buludlar.
Hər arzun, hər diləyin qəlbində düyünləndi,
Torpağına, daşına başın əydi buludlar.
Şəhid ayım, aprelim!

Dalğalandı dəniz tək, çaxdı ildırım kimi,
İgidləri hayladı azadlığın işığı.
Ölümə sinə gərən ərən oğullarına,
Əbədiyyət yaratdı o bahar yaraşığın.
Şəhid ayım, aprelim!

Nəfəsində igidlik toxumları səpildi,
Şəhidlərin ruhunda açıldı danın gözü.
Qönçələrin qan əmdi, küləklərin acıdı,
Çiçək açdı dilində azadlıq adlı sözün.
Şəhid ayım, aprelim!

İnamından güc aldı, igidlərin nərəsi,
Könlün qana boyandı, nəfəsin lalə rəngi.
Səngəri salamladı qaranquşun müjdəsi,
İntiqam, qisas dedi azadlığın çələngi.
Şəhid ayım, aprelim!

Vətən adllı tarixin düşüb igid payına,
Aprel şəhidlərimin qızıl səsli bu ünü.
Şəhidlərim doğuldu dil açdı sinən üstdə,
Apeliin ikisində yazıldı doğum günü.
Şəhid ayım, aprelim!

BAYRAĞIM

Qürurla dalğalan, qürurla dillən,

Ay, Ulduz işıqlı sönməz Bayrağım!

Məğrur duruşunla, xoş baxışınla             

Üzü ağ  dalğalan, dinməz  Bayrağım!

 

Dalğalan Şuşamda, Kəlbəcərimdə,

Dalğalan  Laçınım, Xudafərimdə,

Dalğalan dünyanın sən hər yerində,

Bir kərə yüksəlib, enməz Bayrağım!

 

Qarabağ müjdəlim, cahım-cəlalım,

Xocalı  qisaslım,  şəhid libaslım,

Müqəddəs and yerim, haqqım, halalım,

Həqiqət yolundan  dönməz Bayrağım!

Bizim igidlər

Xalqımın haqq səsi oyandı o gun,

Qanıyla tarixə yazdı səsini.

Azadlıq esqiylə qalxıb ayaģa

Sərdi yollarına od nəfəsini.

 

Güllə-güllə şəhidləndi sinəsi,

Şəhid-şəhid çiçək açdı səhərim.

Qərənfillər görûşünə tələsdi

Körpə-korpə sevgisinə şəhidin.

 

Əsdi Qarabağda qisasın yeli,

Gozləri oyuldu mənfur düşmənin.

Ölümün gözünə baxan oğullar,

Yazdı tarixini müqəddəsliyin.

 

Qan içdi torpaģım, bu qan qoxusun

Çəkdik ruhumuza dedik, can, Vətən!

İgid oģullarım, nər oģullarım

Aldı qisasını qana, qan Vətən!

 

Son qoyub 30 il Vətən daģına,

Çalındı qələbə soraqlı zəfər.

Şəhidlik adıyla, qazi adıyla

Yeni tarix yazdı, bizim igidlər.

 BİR UÇUQ DAXMAN OLA

Bir uçuq daxman ola,

Oturub qəmlənəsən.

Dərdini güzgü bilib,

Elə güzgülənəsən.

 

Gözlərin qəhərlənə,

Nar kimi sıxılasan.

Köksün elə titrəyə

Dəniz tək çalxanasan.

 

Çəkib qəmin ətrini

Bir az ləpələnəsən.

Dərdlərin gül üzünə,

Şirin-şirin güləsən.

 

Bulud-bulud ağlayıb

Göylərə çəkiləsən.

Dərdlərin yuya səni,

Kəfənə büküləsən.

 

Şəklini çəkə yollar

Yer də qısqanclıq edə.

Əzrayıl dostun ola

Səni tərk edib gedə..

 MƏNİ YENİDƏN YARAT

Allah başına dönüm

Məni yenidən yarat.

Ürəyimi yonqarra

Bir az içinə daş at

Məni yenidən yarat.

 

Səbrimi yuxumdan as,

Ruhumu daga köklə.

Dərdimi gözümdən as,

Az başımı sözlə qat

Meni yenidən yarat.

 

Bir ocagam  tüstüm yox,

Külüm gözümdən cıxıb.

Yalqız köçəm dəstim yox

Ömrümü kiməsə sat

Məni yenidən yarat.

 

Gözdə həsərətim ölüb,

Bəxtimə yağan daşam.

Mənə doyunca gulub

Dərdim üstə baş qoy yat

Məni yenidən yarat.

 

Bir ömürəm nagılsız,

Ölmürəm, öldürürlər.

Bir bəndənəm ağılsız,

Ya öldur, ya da sagalt

Məni yenidən yarat..

 MƏN SƏNİ SEVƏN DEYİLƏM

Bir sevgisən, öz içimdə,

Lal olubdu  söz içimdə,

Olsan yanar köz içimdə,

Mən səni sevən deyiləm.

 

Bu eşqin baxıb dadına,

Heç yaraşdırma  adına,

Gəl məni salma oduna,

Mən səni sevən deyiləm.

 

Xəyal olub düşdüm yola,

Yenə də sənlə qol-qola,

Milyon var-dövlətin ola,

Mən səni sevən deyiləm.

 

Əlim əlindən asılı,

Könlüm könlünə qısılı,

Desələr  bu baxt yazılı,

Mən səni sevən deyiləm.

 

Mən bir azca utancağam,

Könül isitməz ocağam,

Tarih: 20-02-2026

FACEBOOK YORUM
Yorum